Главная > GÜNDƏM > İraqdakı Nəqşibəndi ordusundan açıqlama- “Türk ordusu ilə birgə Mosul əməliyyatına hazırıq

İraqdakı Nəqşibəndi ordusundan açıqlama- “Türk ordusu ilə birgə Mosul əməliyyatına hazırıq


15-10-2016, 22:15.
İraqda fəaliyyət göstərən və sünnilərdən ibarət olan Nəqşibəndi ordusu Türkiyə ilə birlikdə Mosul əməliyyatına qoşulmağa hazır olduqlarını açıqlayıb.

Avropa.info  türk mətbuatına istinadən xəbər verir ki, qruplaşmanın yaydığı bəyanatda  Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın İraq hökumətinə yönəlik ittihamlarına haqq qazandırılıb.
"Türkiyə prezidenti Ərdoğanın  türk əsgərlərinin Başikada yerləşən hərbi düşərgə üçün İraq mərkəzi hökumətinə qarşı reaksiyasını haqlı bilirik. İraq mərkəzi ordusu Maliki və İbadi dövründə  İŞİD qarşısında silahlarını da buraxıb qaçdı. Türk ordusunun  Başikada yerləşən bazası isə bizim üçün bir təminatdır.

Heç  bir narahatçılıq  yoxdur. Türkiyə ilə Mosul əməliyyatında birgə olmağa da hazırıq. Mosulu türk əsgərləri ilə birlikdə geri ala bilərik. Mosul və bütün İraqın alicənab xalqından ibarət olan ordumuz bu tərəfdaşlıq ilə İraqın ərazi bütövlüyünü təmin etməyi bacarar. ABŞ-ın  işğalından sonra parçalanan və İran dəstəkli şiə milislər tərəfindən qətliamlara məruz qoyularaq yerinden – yurdundan edilən İraq xalqının yenidən hüzuruna qovuşmasını istəyirik. İŞİD-dən sonra Mosulun "Haşdi Şabi”yə verilməsi çözüm deyil.

İraqdakı tayfalar və xalq PKK-nın və ya  terror təşkilatları "Haşdi Şabi” kimi qrupları İraqda istəmir. Türk ordusunun Suriyada etdiyi kimi Mosulda da  əmin-amanlığı bərpa etmək imkanı var” deyə bəyanatda bildirilir.

Вернуться назад