Главная > Ümumi > Husi xalqa müraciət etdi: “ABŞ işğala hazırlaşır”

Husi xalqa müraciət etdi: “ABŞ işğala hazırlaşır”


15-10-2016, 22:10.
ABŞ Yəməni işğal etməyə hazırlaşır.
 
Axar.az xəbər verir ki, bunu xalqa müraciəti zamanı Ənsərullah hərəkatının lideri Əbdülmalik Bədrəddin əl Husi söyləyib. Onun sözlərinə görə, ABŞ Yəmən xalqı üzərində təzyiqini artırmağa çalışır.
 
O, Yəmən xalqının öz torpaqlarının qorunması üçün hər cür yola baş vuracağını bildirib.
 
Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi artıq iki ildir davam edir. Husilərlə Yəmən hökuməti arasında yaşanan müharibədə hökuməti Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyası da dəstəkləyir.

Вернуться назад