Главная > Siyasət > Şotlandiya yeni referenduma hazırlaşır

Şotlandiya yeni referenduma hazırlaşır


14-10-2016, 21:28.

Şotlandiya hökuməti müstəqilliklə bağlı referendumun keçirilməsi üçün yeni qanun layihəsi hazırlayır. Bu barədə Şotlandiya Milli Partiyasının sədri Nikola Stercen bəyanat yayıb.

Onun sözlərinə görə, qanun layihəsi gələn həftə təqdim olunacaq.

Bu ilin iyun ayında keçirilən referendumda şotlandların 62%-i Böyük Britaniyanın Avropa Birliyində qalmağını dəstəkləmişdi. Eyni zamanda, aparılan ictimai sorğulara görə şotlandların əksəriyyəti Şotlandiyanın Böyük Britaniyadan ayrılmağı üçün yeni referendumun keçirilməsini istəmir.



Вернуться назад