Главная > İdman > Mövsümün ilk "El-klassiko"sunun vaxtı bəlli oldu

Mövsümün ilk "El-klassiko"sunun vaxtı bəlli oldu


14-10-2016, 18:50.
Bütün dünyanın maraqla gözlədiyi matçlardan biri də İspaniya La Liqasında baş tutan "Real Madrid" - "Barselona" qarşılaşmasıdır.  
 
"El-klassiko" adı verilən bu matç hər zaman böyük marağa səbəb olur. Dünyanın dörd bir yanından bu matçı izləməyə gələnlər olur. Üstəlik televizor qarşısında izləyənlərin sayı milyonlarladır. Bu səbəbdən də matçın tarixi hər kəs üçün önəmlidir. 

Musavat.com xəbər verir ki, "Barselona" və "Real Madrid" arasında baş tutacaq mövsümün ilk qarşılaşması dekabrın 4-də keçiriləcək.
 
Artıq sözügedən qarşılaşmanın başlanma saatı da bəllidir. La Liqa prezidenti Xavier Tebas açıqlamasında oyunun Bakı vaxtı ilə saat 18:15-də başlayacağını bildirib. "Real Madrid" - "Barselona" qarşılaşması isə aprelin 23-də baş tutacaq.

Вернуться назад