Главная > Ümumi > Müsavat başqanı “Bandotel”ə çağırıldı

Müsavat başqanı “Bandotel”ə çağırıldı


13-10-2016, 22:40.

Bu gün Müsavat başqanı Arif Hacılı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə  İdarəsinə çağırılıb.

Bu haqda "Basta” ya Müsavat Partiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Baş İdarədən zəng vuraraq Arif Hacılı ilə görüşmək istədiklərini bildiriblər. Arif Hacılı onları Müsavat Partiyasının Mərkəzi Qərargahına dəvət etsə də, razılaşmayıblar, Baş İdarəyə gəlməyinin vacib olduğunu qeyd ediblər.

Müsavat başqanı sabah saat 14:00-da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə  İdarəsinə gedəcək.

Bu dəvətin nə ilə bağlı olduğu haqqında heç bir açıqlama verilməyib.

Məsələni şərh edən vəkil Nemət Kərimli "Basta” əməkdaşı ilə söhbətində deyib: "Bir şəxsin polis idarəsinə dəvət olunması çağırış vərəqəsi əsasında həyata keçirilməlidir. Əgər belə çağırış yoxdursa idarəyə gedib-getməmək vətəndaşın şəxsi istəyi ilə baş verə bilər” – vəkil Nemət Kərimli bildirib.

Onu da qeyd edək ki, bu il respublikanın bir sıra rayonlarında bahalaşma əleyhinə etiraz aksiyaları keçirilən dövrdə də,  Arif Hacılı "Bandotel”ə çağırılmışdı.


Вернуться назад