Главная > Dünya > PKK-nın Süriyadakı qolu Əsədin himayəsində

PKK-nın Süriyadakı qolu Əsədin himayəsində


9-12-2015, 14:13.

Suriya Prezidenti Bəşər Əsəd ingilis qəzetinə verdiyi müsahibədə PYD-nin ən böyük dəstəkçisi olduğunu etiraf edib.

Dunyamedia.az xəbər verir ki, PKK-nın Suriyadakı qolu PYD-nin Bəşər Əsəd tərəfindən hərtərəfli dəstəkləndiyi barədə iddalar ortaya atılsa da Suriya prezdenti bu məsələyə münasibət bildirməmişdi. İngiltərənin "Sunday Times” qəzetinə müsahibə verən Əsəd aylar sonra ilk dəfə iddaların həqiqət olduğunu açıqlayıb.

Əsəd, PYD-nin Suriya ordusuyla birlikdə hərəkət etdiyini, onlara silah verildiyini, hətta bunların sənədinin də olduğunu bildirib: "Onlara silah göndərdik, çünki onlar Suriya vətəndaşlarıdır və terrorçularla mübarizə aparırlar. Eyni yardımı Suriyadakı bir çox qruplara da edirik, çünki ordunu ölkənin hər yerinə göndərmək mümkün deyil".

Əsəd həmçinin qeyd edib ki, İŞİD-i məğlub etmək üçün hava əməliyyatları kifayət etməyəcək.


Вернуться назад