Главная > İdman > "Fənərbaxça"ya Saleh Uçandan pis xəbər

"Fənərbaxça"ya Saleh Uçandan pis xəbər


13-10-2016, 22:14.
Türkiyənin "Fənərbaxça" klubu, Saleh Uçanın Türkiyə U21 milli komandasının məşqində zədələndiyini və 10 gün futboldan uzaq qalacağını açıqlayıb.

Saleh Uçan, "Fənərə" Ozan Tufanın ardından 2-ci zərbə oldu. Belə ki, O.Tufan Türkiyə millsinin son matçında zədə alıb və 1 ay futboldan kənarda qalıb.

Çempionluq yarışında çox geri qalan "Fənərbaxça", bu həftə Kadıköydə "Alanyaspor"u qonaq edəcək. "Fənərbaxça" bu matçda üç xalı qazanaraq rəqiblərinə daha da yaxınlaşmağı planlaşdırır.

"Alanya" ilə oyunda Josef və Mehmet Topalın qarşısında Alper Potukun oynaması gözlənilir. 

Вернуться назад