Главная > Türk Dünyası > BAO "İstiqlal-25" adlı tədbir keçirəcək

BAO "İstiqlal-25" adlı tədbir keçirəcək


13-10-2016, 11:55.
15 oktyabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı Azərbaycan respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 25 illiyi münasibəti ilə "İstiqlal-25” adlı geniş tədbir keçiriləcək.

Tədbirdə ziyalılar, ictimai-siyasi xadimlər, o cümlədən istiqlalçı millət vəlkilləri, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Tədbir saat 15:00-da başlayacaq.

Tədbir Bakı şəhəri, Ələşrəf Əlizadə-31-də, BAO-nun qərargahında keçiriləcək. Ünvan Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və "Şərq" bazarının yaxınlığıdadır.
 
 
Uluyol.info

Вернуться назад