Главная > Dünya > İsveçrə: parlament seçkisini anti-miqrantlar uddu

İsveçrə: parlament seçkisini anti-miqrantlar uddu


19-10-2015, 12:56.
İsveçrə: parlament seçkisini anti-miqrantlar udduİsveçrədə oktyabrın 18-də keçirilən parlament seçkisində sağ mühafizəkar Xalq Partiyası qalib gəlib. Novator.az xəbər verir ki, oktyabrın 19-da açıqlanan nəticələrə görə, Xalq Partiyası seçicilərin 29,5%-nin səsini qazanaraq Milli Şurada 200 yerdən 65 mandat əldə edib. Miqrasiya əleyhinə çıxışları ilə tanınan Xalq Partiyası 4 il əvvəlki seçkiylə müqayisədə parlamentdə 11 mandat çox qazanıb.

Solçu Sosial Demokrat Partiyası səslərin 18,9%-ni qazanaraq 43 mandat, Liberal Demokrat Partiyası isə 33 mandat əldə edib.

musavat.com
Вернуться назад