Главная > Maraqlı > Ən təhlükəsiz ölkə – Finlandiya

Ən təhlükəsiz ölkə – Finlandiya


12-10-2016, 16:40.
Dünya İqtisadi Forumu ən təhlükəsiz ölkələrin siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, Finlandiya 141 ölkə arasında ən təhlükəsiz ölkə sayılır. Reytinqin sonuncu pilləsində isə Nigeriya qərarlaşır.

Azərbaycan ən təhlükəsiz ölkələr siyahısında 36-cıdır. Gürcüstan 32-ci, Ermənistan 38-ci yerdədir.

Qətər 2-ci, Birləşmiş Ərəb Əmirlikləri 3-cü, İslandiya 4-cü, Avstriya 5-cidir.

İlk 10-luqda Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya da yer alır.

Fransa reytinq siyahısında 62-ci, Böyük Britaniya 63-cü, ABŞ 73-cüdür.

Rusiya 126-cı sırada dayanıb.

Estoniya 23-cü, Litva 54-cü, Qazaxıstan 72-ci, Tacikistan 76-cı, Qırğızıstan 97-cidir.

İran siyahda 96-cı, Türkiyə 121-ci yerdə qərar tutur.

Вернуться назад