Главная > Maraqlı > “Facebook”da yeni virus - ehtiyatlı olun

“Facebook”da yeni virus - ehtiyatlı olun


12-10-2016, 08:41.
Bir neçə gündür "Facebook” sosial şəbəkəsində "Eko” adlı yeni troyan virusu yayılıb.

 "Technote" xəbər verir ki, hakerlər virusun daha çox yayılması üçün "qurban” seçilmiş şəxsə "Facebook” kontaktında yer alan biri tərəfindən mesaj göndərirlər.

Göndərilən məlumatda şəxsin özünə aid fotosu əks olunur və linkə klik etdiyinizdə video açılacaqmış kimi təəssürat yaradır. Şəkildə "Video” və "xic.graphics” yazısı yer alır.

Klik etdikdə təbii ki, heç bir video açılmır və daha sonra "Chrome” panelini əlavə etməyiniz haqda mesaj alırsınız. Siz yüklənmə əmri verdikdə "Eko” troyan virusu yüklənməyə başlayır. Hakerlərin əsas məqsədi sizin şəxsi məlumatlarınızı əldə etməkdir.

Əgər kompüter virusla yoluxarsa "Facebook" və digər sosial şəbəkələrdəki parollarınızı dəyişməyiniz məsləhət görülür.
 
 
Uluyol.info

Вернуться назад