Главная > Ümumi > Bəkir Bozdağ ABŞ-a gedir - Gülənin həbsi üçün

Bəkir Bozdağ ABŞ-a gedir - Gülənin həbsi üçün


11-10-2016, 22:52.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın 26-27-də ABŞ-a səfəri zamanı bu ölkənin baş prokuroru Loretto Linçlə Fətullah Gülənin həbsi və ekstradisiyasını müzakirə edəcək.
 
Report-un məlumatına görə, bu barədə nazir özü jurnalistlərə xəbər verib.

"Oktyabrın 25-də ABŞ-a gedəcəm. ABŞ-ın baş prokuroru ilə görüşüm oktyabrın 26-27-ə planlaşdırılır. Səfərin əsas məqsədi FETÖ rəhbəri ilə bağlı ABŞ-a təqdim etdiyimiz hüquqi sənədləri və çevriliş cəhdiylə əlaqədar onun müvəqqəti həbsi haqqında sorğumuzu müzakirə etməkdir" – deyə Bozdağ jurnalistlərə bildirib.

Вернуться назад