Главная > Türk Dünyası > Müsavat Partiyası nekroloq yaydı

Müsavat Partiyası nekroloq yaydı


10-10-2016, 16:50.

Müsavat Partiyası demokratik düşərgənin tanınmış simalarından biri, Müsavatın Məclis üzvü Könül Mirzəyevanın (Könül Turan Türk) vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə və Müsavat Partiyasına ağır itki üz verib.

Müsavat Partiyasının Məclis üzvü, demokratik düşərgənin tanınmış simalarından biri Könül Mirzəyeva (Könül Turan Türk) uzun sürən xəstəlikdən sonra vaxtsız vəfat edib.

Könül Mirzəyeva 1976-cı ildə Xaçmaz rayonunda anadan olub. Gənc yaşlarından Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəyə qoşulub. Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədr müavini, partiyanın Qadınlar Birliyinin şura üzvü, birliyin Xacmaz təşkilatının sədri olub.

2014-cü ildən Müsavat Partiyasının Məclis üzvü idi.  

Könül Mirzəyeva siyasi fəaliyyətinə görə daim təqib olunub, 2003-cü ilin prezident seçkiləri dövründə qanunsuz həbsə və dəhşətli işgəncələrə məruz qalıb.

Könül Mirzəyeva dönməz demokrat idi. Müsavat Partiyasının üzvü kimi partiyanın güclənməsində və müsavatçılıq ideologiyasının yayılmasında da böyük rolu olub.

Könül Mirzəyevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin."

Uluyol.info


Вернуться назад