Главная > Media > Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 7 yaşı tamam olur

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 7 yaşı tamam olur


10-10-2016, 12:21.

Bu gün Tribuna İnformasiya Agentliyinin – TİA.AZ saytının 7 yaşı tamam olur. 7 il öncə bu media orqanı fəaliyyətə başlayanda Azərbaycanda onlayn media yeni addımlarını atırdı. Bu gün sayı hesabı bəlli olmayan internet saytlarının çox böyük əksəriyyəti yaranmamışdı.

 

Heç bir iş asan başa gəlmir. Xəbərçilik, informasiya ilə təmin etmə məsələsi isə olduqca ağır və məsuliyyətlidir. Çünki bir xəbər agentliyi olaraq, oxucunu ölkədə və dünyada baş verən bütün hadisələrlə məlumatlandırırsan. Müasir dünya düzənində bunun nə qədər çətin olduğuni deməyə gərək yoxdur. Zövqlər, maraqlar, hər şey bir-birindən fərqlənir. Belə olanda, şübhəsiz əziyyətlərimiz də artır. Amma buna baxmayaraq, xeyli zövqlü və maraqlı işimiz var.

 

Bu gün internet saytlarının yaranması çox asanlaşıb. Amma onlayn medianın gələcəyinə tam əminlik olmayan zamanın 7 il o tayında biz bu yola çıxanda çox çətinlikləri dəf etməli olduq və bu 7 il asanlıqla keçilmədi. Uğurlar da oldu, uğursuzluqlar da, sevinc də oldu təəssüf də... Ən əsası isə adımızı doğruldub onlayn xəbərçiliyin Tribunası olmağı bacardıq. Bu gün artıq saytı bir növ portal halına gətirmişik. Ölkə mətbuatında gedən ən maraqlı xəbərləri, məqalələri saytda paylaşırıq. Bundan əlavə, sosial, siyasət, iqtisadiyyat sahələrində peşəkar jurnalistlər cəlb etmişik, özəl xəbər və mövzularımız olur.

 

Həm də bütün bu nailiyyətlər ən minimal imkanlar hesabına əldə olunub. Kiçik resursla bu gün ölkənin sayğın, seçkin bir saytı olmuşuq. Təbii ki, bu günkü durumumuzla razı deyilik. Bu gün saytların yaşaması, fəaliyyət göstərməsi üçün ciddi maliyyə resursuna ehtiyac var. Bu da əsasən reklam bazarı hesabına formalaşan bir məsələdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda uzun illərdir reklam bazarı formalaşmayıb. Daha dəqiqi, burda da inhisar var.TİA,AZ hər zaman tərəfsiz fəaliyyət göstərib, bundan sonra da belə olacaq. Heç bir məmura, quruma bağlılığımız yoxdur. Siyasi tərəfkeşliyimiz də həmçinin.Tia.az-da müxalifətin də mövqeyi əksini tapır, hakimiyyətin də. Hər iki tərəfin fəaliyyətini əks etdirən xəbərlərə saytımızda yer ayırırq. Məqsədimiz oxucunu bir mənbədən informasiya ilə təmin etməkdir.


Вернуться назад