Главная > Dünya > Yəməndə dəhşət: 140 ölü

Yəməndə dəhşət: 140 ölü


9-10-2016, 00:06.

Yəmənin paytaxtı Səna şəhərində husilərin iştirakı ilə keçirilən yas mərasiminə hava zərbəsi nəticəsində ölənlərin sayının ən azı 140 nəfər olduğu bildirilir.

 

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, husilərə məxsus "El-Mesira” kanalı hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən həyata keçirildiyini iddia edib. 

 

Koalisiya qüvvələrindən isə hadisə ilə bağlı hər hansı açıqlama verilməyib.

 

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənin paytaxtı Səna şəhərində yas mərasiminin keçirildiyi əraziyə hava zərbələri nəticəsində 45 nəfərin öldüyü bildirilmişdi.



Вернуться назад