Главная > Cəmiyyət > Lənkəran Dövlət Universitetində hicab QADAĞASI

Lənkəran Dövlət Universitetində hicab QADAĞASI


8-10-2016, 14:53.
Lənkəran Dövlət Universitetinin daxili "nizam-intizam"qaydaları tələbə heyəti tərəfindən birmənalı qarşılanmayıb.
 
Uluyol.info xəbər verir ki,universitetin nizam-intizam qaydalarının 8.9-cu bəndində göstərilir:
 
"Universitetdə təhsil alanların geyimi sadə,müasir,rahat,dünyəvi təhsilin və dünya mədəniyyətinin ruhuna yad ünsürlərdən kənar,dini və ifratçılıq atributlarından uzaq olmalıdır.Qız tələbələrin hicabda,oğlan tələbələrin isə saqqalda dərslərdə iştirakına yol verilmir"
Lənkəran Dövlət Universitetində hicab QADAĞASI

Lənkəran Dövlət Universitetinin əsas korpusunda 4 mərtəbədə lövhəyə vurulan qadağalarla bağlı sosial şəbəkələrdə etirazla qarşılanıb.Universitetdə təhsil alan tələbələrin bildirdiyinə görə qərarın qəbul olunması üçün tələbələrə heç bir məlumat verilmədən blanklar paylanılıb, imzalar toplanılır.
 
Məsələ ilə bağlı "islaminsesi"- nə açıqlama verən universitetin elm katibi Zaur Məmmədov bildirib ki," Universitetdə hicabla bağlı heç bir qadağa yoxdur.Ümumiyyətlə yayılan məlumatın özü olduqca primitivdir.Çünki harada görünüb ki,universitetin daxili nizam qaydalarının yaradılması üçün tələbələrdən imza toplansın.Bu məsələ universitetlərin ElmiŞurasına aiddir.Hazırda mənim dərs dediyim bir neçə qrupda hicablı tələbələr mövcuddur.Sözügedən məlumatı yayanlar Azərbaycan tarixini,elmi-inkişafını istəməyən qüvvələrdir ki,belə məlumat yayırlar".
   
Uluyol.info xəbər verir ki, hicaba qadağa Azərbaycan Respublikasının konstitusiyasına ziddir və verilən qərar bir başa ciddi qanun pozuntusudur.
 
Lənkəran Dövlət Universitetində hicab QADAĞASI

Вернуться назад