Главная > Dünya > “WikiLeaks” Klintonun qərargah rəhbərinin gizli yazışmalarını açıqladı

“WikiLeaks” Klintonun qərargah rəhbərinin gizli yazışmalarını açıqladı


8-10-2016, 11:36.

"WikiLeaks” saytı ABŞ prezidentliyinə demokratların namizədi Hillari Klintonun seçki qərargahının rəhbəri Con Pedostanın yazışmalarının bir hissəsini açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, C. Podestaya aid 2060 elektron məlumat və 170 fayl saytda yerləşdirilib. Məktublar Klinton Fonduna nüvə və dağ-mədən sənayesində maraqları olan şəxslər tərəfindən edilən ianələr və nüvə energetikası ilə bağlıdır. "WikiLeaks” bu sənədlərin 2008-2016-cı illərə adi olduğunu və davamının gələcəyini bildirib. Xüsusən H. Klintonun dövlət katibi vəzifəsindən uzaqlaşdıqdan sonra "Wall Street”dəki şirkətlərdə pul müqabilində etdiyi çıxışların da həmin sənədlər arasında olduğu deyilir. H. Klintonun həmin nitqlərin əvəzində 21,6 milyon dollar pul aldığı iddia edilir.

 

C. Podestaya gələn minlərlə elektron məktub arasında xarici siyasətlə bağlı yazılar da var. Klinton ailəsinə çox yaxın olan C. Podesta 1998-2001-ci illərdə Bill Klintonun şəxsi köməkçisi kimi fəaliyyət göstərib.

 

Qeyd edək ki, oktyabr ayının əvvəlində "WikiLeaks”in yaradıcısı Julian Assanj qarşıdakı 10 həftə ərzində ABŞ seçkiləri ilə əlaqəli məxfi sənədlər açıqlayacaqlarını deyib. O, ümumilikdə ilin sonuna qədər 1 milyona yaxın sənədin açıqlanacağını söyləyib.



Вернуться назад