Главная > Siyasət > Toni Bler yenidən siyasətə qayıdır

Toni Bler yenidən siyasətə qayıdır


7-10-2016, 22:45.
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler yenidən siyasətə qayıda bilər.
 
Axar.az xəbər verir ki, bunu Blerin özü ABŞ mətbuatına müsahibəsində söyləyib. O, siyasətə hazırda iqtidarda olan Mühafizəkarlar Partiyasının ölkəni Avropa Birliyindən çıxartmaqla uçuruma aparmasına mane olmaq üçün qayıdacağını bildirib.
 
Qeyd edək ki, Toni Bler 2007-ci ildə baş nazir vəzifəsindən istefa verib. Məhz onun dövründə Britaniya İraq müharibəsinə qoşulub. Toni Blerin reytinqinin aşağı düşməsinə də məhz bu müharibə səbəb olub. 

Вернуться назад