Главная > İdman > Balotellinin qırmızı vərəqəsi ləğv edildi

Balotellinin qırmızı vərəqəsi ləğv edildi


8-10-2016, 00:50.
Fransa Liqasında "Loryen"lə görüşdə meydandan uzaqlaşdırılan "Nitsa"nın hücumçusu Mario Balotellinin aldığı qırmızı vərəqə ləğv edilib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, oyunun baş hakimi Olivye Tyüalin italiya futbolçuya göstərdiyi ikinci sarı vərəqədə  səhvə yol verdiyini bildirməsindən sonra Fransa Futbol Federasiyası bu qərarı verib.

Beləliklə, Balotelli Fransa Liqasının 9-cu turunda "Lion"a qarşı oynaya biləcək.

Qeyd edək ki, Balotelli sözügedən çempionatda bu mövsüm 5 qol vurub.

Вернуться назад