Главная > GÜNDƏM > Saakaşvili Gürcüstanın Silahlı Qüvvələrinə müraciət etdi

Saakaşvili Gürcüstanın Silahlı Qüvvələrinə müraciət etdi


7-10-2016, 19:56.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili silahlı qüvvələrə və polisə video-müraciət göndərib.

Virtualaz.org bildirir ki, xəbəri Qruziya Onlayn yayıb.

"Dövlət aparatının hər bir əməkdaşına müraciət etmək istəyirəm ki, onlar üçün heç bir təhlükə yoxdur. Mən bizim dövlət institutlarımızla çox fəxr edirəm. Əgər Gürcüstan son iyirmi il ərzində dözdüsə, bu sizin xidmətinizdir. Həmçinin Gürcüstanın silahlı qüvvələrinin nümayəndələrinə və polisə müraciət etmək istəyirəm. Mən sizin hər birinizlə çox fəxr edirəm və siz gürcü dövlətinə xidmət etməyə, gürcü xalqının yanında olmağa davam etməlisiniz" - Saakaşvili qeyd edib.

Keçmiş prezident həmçinin bugünkü hakimiyyətə müraciət edib və onu heç nədən qorxmamağa çağırıb: "İndiki hökumətə - sabahkı siyasi müxalifətə demək istəyirəm ki, siz də heç nədən qorxmayın. Bizim vəzifəmiz keçmişə baxmaq, kimisə təqib etmək deyil. Bizim sizə cavabımız sürətli inkişaf və dirçəliş olacaq".

Вернуться назад