Главная > Problem / Aktual > Bir ailənin 5 üzvü göbələkdən zəhərlənib

Bir ailənin 5 üzvü göbələkdən zəhərlənib


19-10-2015, 12:54.
Bir ailənin 5 üzvü göbələkdən zəhərlənib"ULUYOL.İNFO" Musavat.coma istinadən xəbər verir ki,Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 19-da saat 01 radələrində Qax şəhərində bir ailənin 5 üzvü - 1974-cü il təvəllüdlü Əlyar Xalis oğlu Əliyev, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Zeynəb Hacımurad qızı Əliyeva, onların övladları 2001-ci il təvəllüdlü Xalis, 2005-ci il təvəllüdlü Nahid və Əlyar Əliyevin anası, 1939-cu il təvəllüdlü Vəsilə Məhəmməd qızı Əliyeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.
 
Məlum olub ki, Əliyevlər ailəsinin üzvləri oktyabrın 18-də axşam saatlarında evdə göbələk yeyiblər.
 
Yeməkdən bir qədər sonra ailə üzvlərinin hamısında zəhərlənmə əlamətləri büruzə verib.
 
Xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən Əliyevlər üzvlərinə lazımi tibbi yardım göstərilib.
 
Vəziyyətləri stabilləşdikdən sonra onlar bu gün səhər saatlarında evə buraxılıblar.


Вернуться назад