Главная > Baş Xəbər > Rusiyadan rəsmi açıqlama: ABŞ-ın raketlərini vuracağıq

Rusiyadan rəsmi açıqlama: ABŞ-ın raketlərini vuracağıq


6-10-2016, 23:13.

Suriyada Əsəd rejiminin ordusuna qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyadan endirilcək istənilən zərbənin qarşısını alacağıq.

 

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

 

Nazirliyin nümayəndəsi bildirib ki, ABŞ raketlərinin istənilən zərbəsi üçün Rusiyanın raketdən müdafiə qurğuları sürpriz ola bilər.

 

Xmeymim və Tartusda yerləşən Rusiya hərbi bazalarında S-300 və S-400 raketdən müdafiə qurğuları var. Raket və havadan endiriləcək zərbələr Suriya hökumətinin nəzarət etdiyi ərazidə Rusiya hərbçiləri üçün aşkar təhlükə yaradacaq və buna qarşı tədbir görmək nəzərdə tutulur.

 
Qeyd edək ki, Rusiyanın raketdən müdafiə sistemləri Suriyada aktiv vəziyyətə gətirilib.


Вернуться назад