Главная > GÜNDƏM > Suriyada ABŞ-Rusiya müharibəsi başlaya bilərmi? - Açıqlama

Suriyada ABŞ-Rusiya müharibəsi başlaya bilərmi? - Açıqlama


6-10-2016, 17:04.
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya 1” telekanalına verdiyi müsahibə verib.

Avropa.info xəbər verir ki, Rusiya-ABŞ münasibətlərinin Suriyada hərbi münaqişə həddinə gəlib çıxması ehtimalı barədə sualı cavablandırıb.

"Bu sualın bir çox tərəfi var. Amma buna cavab olaraq deyə bilərəm ki, amerikalılarla aramızda münaqişə hallarının qarşısını ala biləcək bir müqavilə var” – deyə cavab verib.

Xatırladaq k, Rusiya və ABŞ keçən il təyyarələrin toqquşmasının qarşısını almaq üçün müqavilə imzalamışdılar. İki ölkə arasında müzakirələrin dayandırılmasından sonra mətbuatda ABŞ və Rusiya arasında hərbi münaqişə baş verə biləcəyinə dair şərhlər getmişdi. 

Вернуться назад