Главная > Dünya > Slovakiyanın birinci prezidenti vəfat edib

Slovakiyanın birinci prezidenti vəfat edib


6-10-2016, 01:02.
Slovakiya Respublikasının 1993-1998-ci illərdə ali dövlət vəzifəsini tutmuş birinci prezidenti Mixal Kovaç oktyabrın 5-i Bratislavada vəfat edib.

TASS xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

"Onun ölümünə "ürək dayanması" səbəb olub", - deyə məlumatda bildirilir.

"Mixal Kovaç uzun müddət idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi və o, 87 yaşında ikən dünyasını dəyişdi", - deyə radio qeyd edib./Virtualaz.org/


Вернуться назад