Главная > Ümumi > İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmələrinin vaxtı məlum olub

İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmələrinin vaxtı məlum olub


5-10-2016, 23:27.

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinin vaxtı məlum olub. Bu barədə T.Yaqublu məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək kassasiya şikayəti üzrə məhkəmə noyabrın 18-nə təyin edilib.

İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.


Вернуться назад