Главная > Maraqlı > “Android“ üçün virtual səsli klaviatura yaradıldı
“Android“ üçün virtual səsli klaviatura yaradıldı5-10-2016, 14:06. |
Çinin "Baidu" şirkətinin tərtibatçıları "Android" qurğuları üçün virtual səsli klaviatura yaradıblar
Lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, artıq əlavəni ABŞ ərazisində "Google Play"dən yükləmək mümkündür.
Bu klaviaturanın özəlliyi ondadır ki, istifadəçi mobil qurğuda adi klaviaturadan üç dəfə daha sürətlə yaza bilər. "Baidu" şirkətinin baş elmi işçisi Endryu Nq deyib ki, insanların klaviaturada yazmaq üçün sərf etdikləri vaxta heyifləri gəlir. Yeni əlavə bu vaxt itkinin qarşısını almağa hesablanıb və səsli söhbəti transkripsiya edə bilir.
İndi Çinin internet nəhənginin tərtibatçıları analoji əlavəni iOS əməliyyat sistemində çalışan qurğular üçün yaratmağa çalışır. Вернуться назад |