Главная > Maraqlı > Ermənistanda nazirlərin orta yaşı 48, Azərbaycanda 57-dir

Ermənistanda nazirlərin orta yaşı 48, Azərbaycanda 57-dir


5-10-2016, 16:42.
Novator.az bildirir ki, Ermənistanda nazirlərin orta yaşı 48,2-dir. 18 nazir içində ən cavanı 33 yaşlı ədliyyə naziri Arpine Ovannisyandır. 62 yaşlı diaspor naziri Qranuş Akopyan isə ən yaşlı nazirdir.

İkinci gənc nazir gənclər və idman naziri Qraçya Rostomyan (35 yaş), ikinci yaşlı nazir xarici işlər naziri Edvard Nalbandyandır (60 yaş).

Azərbaycanda nazirlərin orta yaşı 57,1-dir. 19 nazir içində ən gənci rabitə və 39 yaşlı yüksək texnologiyalar naziri Ramin Quluzadədir. İkinci gənc nazir təhsil naziri Mikayıl Cabbarovdur. Onun 40 yaşı var.

Yaşlılara gəlincə, energetika naziri Natiq Əliyevin 69, daxili işlər naziri Ramil Usubovun 68 yaşı var.

Hökumət başçılarına nəzər salsaq, Azərbaycanın baş naziri Artur Rasizadə 81 yaşındadır. Ermənistanın baş naziri Karen Karapetyanın 53 yaşı var.

Вернуться назад