Главная > İdman > Çexiya - Azərbaycan matçının hakimləri məlum olub

Çexiya - Azərbaycan matçının hakimləri məlum olub


5-10-2016, 14:28.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına tapşırıb.
 
Ostrava şəhərində keçiriləcək görüşdə ədalət təmsilçisi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.
 
Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.

Вернуться назад