Главная > Cəmiyyət > Sevinc Osmanqızı təhdidlə bağlı polisə müraciət etdi

Sevinc Osmanqızı təhdidlə bağlı polisə müraciət etdi


4-10-2016, 23:05.

''Bir neçə ay əvvəl mənə Azərbaycanın ABŞ-dakı səfirliyindən zəng edildi, təhlükəsizliyimdən narahat olduqlarını, mənimlə görüşmək barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən təlimat aldıqlarını dedilər''

ABŞ-da yaşayan və fəaliyyət göstərən jurnalist Sevinc Osmanqızı təhdid edilib.

Bu barədə Meydan TV-yə jurnalistin özü məlumat verib. Jurnalist ona edilən zənglərdə həyatına təhlükə ilə bağlı xəbərdarlıq edildiyini və bununla bağlı polisi və digər hüquq-mühafizə orqanlarını məlumatlandırdığını deyib. "Mənə deyildi ki, hər şey ola bilir. Bu zənglər araşdırılır, bu arada isə qaldığım yer polis nəzarətinə götürülüb, təhlükəsizlik gücləndirilib”.

Sevinc Osmanqızı bundan əvvəl də təhdid zəngləri aldığını deyib: "Bir neçə ay əvvəl mənə Azərbaycanın ABŞ-dakı səfirliyindən zəng edildi, təhlükəsizliyimdən narahat olduqlarını, mənimlə görüşmək barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən təlimat aldıqlarını dedilər. Mən "o təlimatı mənə də göndərin" desəm də, heç nə göndərilmədi. Məsələ ABŞ Dövlət Departamenti nümayəndəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinə xəbərdarlıq etməsinədək gedib çatdı”.

Xarici İşlər Nazirliyindən Meydan TV-nin məsələ ilə bağlı suallarına cavab verilmədi.//meydan.tv


Вернуться назад