Главная > Dünya > 385 milyon uşaq üçün kömək çağırışı

385 milyon uşaq üçün kömək çağırışı


4-10-2016, 20:43.
YUNISEF və Dünya Bankı inkişaf edən ölkələrdəki uşaqların 20 faizinin səfalət içində yaşadığını açıqlayıb.
 
Axar.az xəbər verir ki, açıqlamada 385 milyona yaxın uşağın gündə təqribən 2 dollarla keçindiyi bildirilib. 
 
İki qurum da Afrika ölkələrində yaşayan uşaqların yarısının, Cənubi Asiyadakı uşaqların isə 30 faizinin səfalət içərisində yaşadığına diqqət çəkib.
 
YUNİSEF və Dünya Bankı "Yoxsulluq uşaqlara daha pis təsir göstərir” deyərək, hökumətləri milyonlarla yoxsul uşağa yardım səylərini artırmağa çağırıb.
 
BMT də 2030-cu ilədək yoxsulluğun qarşısını almağı hədəfləyib:
 
Yoxsulluğun qarşısını tamamilə almaq;
 
Aclığı yox etmək, qida təhlükəsizliyi yaratmaq, ərzaqların qida dəyərini yüksəltmək; 
 
Hər kəsin sağlam yaşamını təmin etmək;
 
Cinsi ayrıseçkiliyi aradan qaldırmaq və bütün qız-qadınların güclənməsinə dəstək olmaq;
 
Hamını davamlı olaraq su ilə təmin etmək;
 
Hər kəs üçün istifadəyə yararlı, təhlükəsiz və davamlı enerji təmin etmək.
 
Davamlı və əhatəli iqtisadi inkişafı təmin etmək və hər kəs üçün yaradıcı və məqbul iş fürsətləri yaratmaq.

Вернуться назад