Главная > Dünya > Tacikistan sərhədində həyəcan: Döyüş hazırlığı

Tacikistan sərhədində həyəcan: Döyüş hazırlığı


4-10-2016, 22:42.

Tacikistan sərhədçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

Axar.az xəbər verir ki, tacik ordusu da müdafiə xəttinin arxasında hazırlıq vəziyyətindədir.

 

Əfqanıstanın şimalında yerləşən Kunduz şəhəri uğrunda gedən döyüşlərlə bağlı Tacikistan tərəfi belə bir addım atıb.

 

Qeyd edək ki, Əfqanıstan ordusu ilə Taliban arasında gedən gərgin döyüş nəticəsində 40-dan çox terrorçu öldürülüb.


Вернуться назад