Главная > Səhiyyə > Öskürəyə qarşı təbii dərman – Resept

Öskürəyə qarşı təbii dərman – Resept


4-10-2016, 13:21.

Heyva və xüsusilə də onun qabıqları və toxumları güclü itihabəleyhinə və bəlğəmgətiri təsirə malikdir. Heyvanı öskürək və yuxarı tənəffüs yollarının iltihabları zamanı təbii müalicəvi vasitə kimi istifadə edə bilərsiniz.

2 iri heyva yaxşı yuyulur, qabıqları soyulur, ortası kəsilir. Meyvənin qabıqları və içi (toxumlarla birlikdə) xırda doğranılır, termosa qoyulur. Üzərinə 2 stəkan isti su tökün, termosun qapağını bağlayın, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal, limon  əlavə etmək olar.


Вернуться назад