Главная > Ümumi > İŞİD-ə ağır zərbə: 34 ölü

İŞİD-ə ağır zərbə: 34 ölü


3-10-2016, 23:43.
İraqın Mosul şəhərinin Kayyara qəsəbəsini yenidən ələ keçirməyə cəhd edən İŞİD terrorçularının qarşısı alınıb.
 
Axar.az xəbər verir ki, bu barədə İraq ordusunun 15-ci korpus komandanı Məhəmməd Bədri deyib.
 
"İŞİD 80 döyüşçü və 4 bomba yüklənmiş avtomobillə Kayyaranı almağa cəhd etdi. Koalisiyanın da dəstəyi ilə hücumun qarşısı alındı və 34 terrorçu öldürüldü. Digərləri isə qaçmağa müvəffəq oldu. Olayda yalnız 1 əsgərimiz yüngül yaralanıb”, - Bədri bildirib.
 
Qeyd edək ki, İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri bir neçə ildir ki, Mosulu İŞİD-dən almaq üçün hazırlıqlar görür.

Вернуться назад