Главная > Səhiyyə > Qara nöqtələr üçün 2 maska resepti

Qara nöqtələr üçün 2 maska resepti


3-10-2016, 13:14.
Maska 1.

Tərkibi:
1,5 çay qaşığı gil
1 çay qaşığı badam yağı
1 çay qaşığı bal

Tətbiqi:
Vəsaitlərin hamısını qarışdıraraq dərinizə çəkin. 40 dəqiqə gözlətdikdən sonra yuyun. Üzünüzü yuduqdan sonra dərinizi bir də soyuq su ilə yuyun. Bir nəmləndirici çəkərək əməliyyata son verə bilərsiniz. Bu maskanı həftədə 1 dəfə tətbiq edə bilərsiniz.

Maska 2.

Tərkibi:
6 ədəd təzə çiyələk, 1 yemək qaşığı bal, 1 yemək qaşığı əsmər şəkər, 1 yemək qaşığı təzə limon suyu. 

Tətbiqi: 
Çiyələkləri köklərindən ayırıb kiçik parçalara kəsdikdən sonra çəngəl ya da stəkan köməyi ilə onları əzin və bir kasanın içinə yerləşdirin. Limon suyu, əsmər şəkər və balı əlavə edərək yaxşıca bir-birlərinə qarışana qədər qarışdırın. Əldə etdiyiniz nəticə tutarlı deyilsə istədiyiniz vəsaitlərdən artıqdan qata bilərsiniz. Bütün üzünüzə tətbiq etdikdən 10 dəqiqə sonra isti və yaş bir bez ilə üzünüzü təmizləyin. 
Вернуться назад