Главная > Ölkə > Həbsdəki baş redaktorun xanımı “Bandotdel”dən nazirə şikayətləndi

Həbsdəki baş redaktorun xanımı “Bandotdel”dən nazirə şikayətləndi


3-10-2016, 11:47.

Hazırda həbsdə olan JAM.az saytının rəhbəri Fikrət Fəraməzoğlunun həyat yoldaşı Faiqə İbişbəyli (Nusreti) DİN rəhbəri Ramil Usubova müraciət edib.


Müraciətinin bir surətini Gununsesi.info-ya yollayan jurnalistin xanımı DİN-in BMCQMİ-nin rəhbərliyindən nazirə şikayət edib. O şikayətində "Bandotdel” kimi ad çıxaran BMCQMİ-də həyat yoldaşının işgəncə altında saxlandığını deyib: "Tabeçiliyinizdəki Baş Mütəşəkkil Cinayətkarliğa Qarşı Mübarizə İdarəsi ölkədə tanınmış , hər zaman dövlətinə, millətinə sadiq olan jurnalisti işgəncələr altında saxlayır.  Ondan nazirlər, məmurlar əleyhinə ifadə almaqla kifayyətlənməyib, saxta ittihamlar irəli sürüblər. İnanıram ki bu həbs şəxsi qərəz və qəzəblə yanaşı DİN adını ləkələndirməkdir. Fikrəti şərləyib həbs edənlərə isə sözüm budur: – yəqin UTANDINIZ – yaşadığımız evdən apardığınız sənədlərin içindən yaşadığımızın evin uzunmüddətli ipoteka ilə götürdüyümüz 3 aylıq, ayda 381 manatı verə bilməməyimizi görəndə yəqin ki,  UTANDINİZ . Fikrətin səhifəsi 7 manata rus dilindən tərcümə etdiyi kağızlar da müsadirə etdiyiniz sənədlər arasında idi. Onlara da nəzər yetirəndə, bu haqda SİFARİŞÇİLƏRƏ MƏLUMAT verəndə ONLAR DA UTANARLAR YƏQİN!. Yəqin, UTANARSINIZ – köşəmin aşağısında yerləşdirdiyim o iki məsum körpənin hər gecə saatlarla "ata” deyib ağlaya-ağlaya yatdığını ,bağçada "ATA”şeirin öyrədəndə müəlliməsinə "mənin atam bantizimdədir gələndə oxuyacaqam”eşidib, biləndə… bir ana o sözü eşidəndə nə hisslər keçirdiyi pula sığmadiğına görə siz anlamasız….. Mən anlayıram kimlərinsə çörəyi "priton”larardan, qumarxanalardan çıxdığını.  Yoxsa, kimdə o ürək var ki,razılığ olmadan şəhərin mərkəzində elə obyektlər işlətsin? Və bu gün də işləməkdə davam etsin…

P.S. Amma məni susdura da bilərsiniz – rahat yolu var: ÖLDÜRMƏKLƏ. Hansı ki, Fikrətə işgəncələr altında bildirmişdiniz ki "yəqin sənin avtomobil qəzalarindan xəbərin olub!”Bacardığınız iş olduğu üçün təklif etdim, yoxsa Fikrəti azadlıqda görmədən ölmək niyyətim yox….


Вернуться назад