Главная > Aktual > Alparslan Türkeşin cəsədi yarılsın - Şok iddia

Alparslan Türkeşin cəsədi yarılsın - Şok iddia


3-10-2016, 00:20.
Türkiyənin "Akit” qəzetinin köşə yazarı Şevki Yılmaz MHP-nin qurucusu Alparslan Türkeşin ölüm səbəbinin şübhəli olduğunu bildirib.
 
Axar.az xəbər verir ki, yazar yoxlanış aparılması üçün onun cəsədinin yarılmasını tövsiyyə edib.
 
"Türkeşin ölüm səbəbi mütləq araşdırılmalıdır. Onun cəsədi yarılmalıdır. Türkeş toydan gəlirdi. İçkisinə nəsə qata bilərdilər. Mən o zaman dedim ki, bu təsadüfi ölüm deyil. Bu cür olaylar təsadüfi ola bilməz”, - Yılmaz bildirib.
 
Qeyd edək ki, türk dünyasının əfsanəvi şəxsiyyəti, Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu Alparslan Türkeş 1997-ci ilin aprelin 5-də vəfat etmişdi.

Вернуться назад