Главная > Ümumi > Roma Papası Bakıda

Roma Papası Bakıda


2-10-2016, 13:23.

Roma papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda Katolik kilsəsində dini ayinlər icra edilib.

Dini ayin icra edildikdən sonra Roma papası nitq söyləyib və müqəddəs "İncil” kitabından sitatlar gətirib.

Roma papası insanlara imanlarını artırmağa çağırış edib. O qeyd edib: "İman bizi rəbbimizə bağlayan qızıl bir ip olmalıdır, iman hıyatımıza bərabər olan bir hədiyyədir”.

Roma papası müqəddəs Məryəmin sözlərinə əsaslanaraq Bakıda mesajını çatdırıb. O deyib: "İmanın bəhrəsi sevgidir, sevginin bəhrəsi ibadətdir, ibadətin bəhrəsi sülhdür” (modern.az).



Вернуться назад