Главная > Mədəniyyət > "Cənab filankəsov"

"Cənab filankəsov"


1-10-2016, 09:00.
Turan İsayeva
 
 
Şikayətnaməm var sizdən cənab.
Yaxşı tanımıram da sizi.
Nə yolda görüb sevmişəm nə də ki,
Uzun müddətdən sonra tanıyıb bəyənmişəm 
Bugünümdən dünənimə məktub var
Yazıb sizə bildirirəm ki cənab ............darıxmışam. 
Gülüşünüzdən, səsinizdən, sevginizdən ötəri.
Ürəyimdən ağlıma məktub adında dastan var 
Bəsdir deyir
Olmaz deyir.
Məni dinlə deyir. 
Ağlımdan ürəyimə cavab var.
O ki, səni istəmir.
Çaşıb sizə bildirirəm ki cənab .......
Sevmişəm.
Sizi çox sevmişəm zamanında
Hər iki üzünüzü də.
Xatirəm qalıb sizlə cənab.
O görüş, o park, o mən.
Mən o gün özümü həyəcandan tanımamışdım.
Bilirsiz?
Yox, bilmirsiz cənab, bilmirsiz.
Mən o günü son gün deyə hesablamamışdım 
Keçmişimdən sizə salam var əziz .......
Sevgimizdən sizə bir ömür dolusu nifrət var.
Xoş unudulmalar sizə
Cənab ......
Вернуться назад