Главная > Dünya > İranda "donuz qripi"aşkarlandı, 33 nəfər dünyasın dəyişib

İranda "donuz qripi"aşkarlandı, 33 nəfər dünyasın dəyişib


7-12-2015, 22:30.

 

İranda "donuz qripi" epidemiyası nəticəsində 33 nəfər ölüb.

 

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.

 

Onun sözlərinə görə,  28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.

 

"Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır", deyə Səyyari vurğulayıb.


Вернуться назад