Главная > Kriminal > Goranboyda ağır qəza,itki var

Goranboyda ağır qəza,itki var


19-10-2015, 02:08.
Goranboy rayonunun Səfikürd kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib."ANS PRESS"in  FHN mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” məlumat daxil olub. 

Daxil olmuş məlumata əsasən, rayon mərkəzindən 9 km aralı Səfikürd kəndində vətəndaşlara məxsus "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə "VAZ-2106” markalı minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Cavadov Yalçın Bəylər oğlu dünyasını dəyişib. Mərhumun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
  
 
    ANSPRESS.com

Вернуться назад