Главная > Ümumi > Sumqayıt polisi AXCP fəalını həbs etdi

Sumqayıt polisi AXCP fəalını həbs etdi


1-10-2016, 20:52.

AXCP Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu Cabbar Savalanlı polis tərəfindən saxlanılıb. Onun Sumqayıt Şəhər Polis İdarəsinə aparıldığı bildirilir. Sumqayıt polisindən Cabbar Savalanlının saxlanma səbəbini öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Cabbar Savalanlı sentyabrın 30-da mülkü geyimlilər tərəfindən izləndiyi haqda sosial şəbəkələrdə məlumat yaymışdı.


Вернуться назад