Главная > Region > Sabirabadda müxalifət fəalı azadlığa buraxılıb

Sabirabadda müxalifət fəalı azadlığa buraxılıb


30-09-2016, 21:17.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə sentyabr ayının 15–də inzibati qaydada 15 sutka müddətinə azadlıqdan məhrum edilmiş AXCP rayon şöbəsinin fəalı Sahib Rüstəmli bu gün azadlıa buraxılıb. Bu barədə məlumatı virtualaz.org saytının Şirvan bürosuna Sahib Rüstəmli özü verib.

Xatırladaq ki, Sahib Rüstəmli İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə (polisə müqavimət göstərmə) əsasən inzibati hüquqpozmada təqsirləndirildi.

Virtualaz.org

Вернуться назад