Главная > Ölkə > “Şam alıb yandırsınlar” – Neftçalada özbaşınalıq

“Şam alıb yandırsınlar” – Neftçalada özbaşınalıq


30-09-2016, 20:19.

Neftçalada heyvandarlıqla məşğul olan sahibkar Rafiq Həsənov rayon Elektrik Şəbəkəsinin müdüri Vurğun Şirəliyevdən prezident İlham Əliyevə şikayət edib.

Şikayətçinin Nia.az-a verdiyi məlumata görə, Vurğun Şirəliyev ondan heyvandarlıqla məşğul olduğu sahədə yerləşən evinə işığın verilməsi qarşılığında 20 min manat pul tələb edir.

Rafiq Həsənov Vurğun Şirəliyevə orada iki ailənin yaşadığını, 20 min manatının olmadığını bildirərək, elektrik xəttinin çəkilməsini xahiş edib. Elektrik Şəbəkəsinin müdiri isə ona belə cavab verib: "Şam al, yandırıb yaşasınlar”.

Hətta sahibkar "Azərişıq”a müraciət edərək, işığın çəkilməsi üçün lazım olan bütün sənədləri alıb. Lakin Vurğun Şirəliyev heç bir qanuna məhəl qoymadan vətəndaşdan 20 min manat rüşvət tələb edir.

"Vurğun Şirəliyevə dedim ki, prezident İlham Əliyev daim çıxışlarında ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu olduğunu vurğulayır. Dövlət başçısı bildirir ki, kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməli, onların işinə süni müdaxilələr olmamalıdır. Ona bildirdim ki, barəsində ölkə başçısına şikayət edəcəm. Lakin Vurğun Şirəliyev dedi ki, "bu mənlik deyil, rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin” deyə Rafiq Həsənov vurğulayıb.

Nia.az olaraq bildirmək istəyirik ki,Neftçala rayonda elektrik təhcizatında yaranan özbaşnalıqlarla bağlı  məlumatlıyıq.

Neftçala Elektrik şəbəkəsinin müduri Vurğun Şirəliyev müraciətlərə,şikayətlərə məhəl qoymur.Şikayətçilərlə kobud şəkildə davranır.Ona bu arxayınçılığı verən qardaşıdır.Qardaşı Şirəliyev İsgəndər Kompleks Qazma İşləri Trestinin rəisdir.Vurğun Şirəliyev Nefçala rayonunda öz vəzifələrin layiqincə yerinə yetirib,vətəndaşlara xidmət etməkdənsə,başı əkinçiliyə qarışıb.Xatırladım ki,Neftçala rayonun ərazisində Vurğun Şirəliyev hektarlarla torpaq sahəsi var.

Elektrikin oğurlanması faktıda bu rayonda hər zaman olmuşdur. Danışıq aparılır,müəyyən miqdar müqabilində,abonent sayğacla deyil,sərbəst şəkildə elektrikdən istifadə edir.Buda birbaşa dövlət büdcəsindən oğurluqdur.Necə ki,işlətdiyimiz elektrik müqabilində ödədiyimiz pullar vasitəsilə dövlət büdcəsi formalaşır.

Sonda bildirmək istəyirik ki,Vurğun Şirəliyev və qardaşı Kompleks Qazma İşləri Trestinin rəisi Şirəliyev İsgəndərin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilir.Nia.az olaraq gələn yazımızda bu haqda ictimaiyyətə məlumat verməyə çalışacağıq. (Nia.az)


Вернуться назад