Главная > Siyasət > Ərdoğanın Lozanna açıqlaması təhlükəlidir - Çipras

Ərdoğanın Lozanna açıqlaması təhlükəlidir - Çipras


30-09-2016, 20:08.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Lozanna anlaşması ilə bağlı etdiyi çıxış ikili əlaqələr üçün təhlükəlidir.

 

Axar.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Aleksis Çipras deyib.

 

"Yunan-türk əlaqələrinin formalaşmasına yardımçı olan, eləcə də Egey dənizi və adaların statusunu müəyyənləşdirən Lozanna razılaşması ilə bağlı yenidən şübhə yaratmaq iki ölkə münasibətləri üçün təhlükə yaradır”.

 

Qeyd edək ki, Ərdoğan muxtarlar toplantısında çıxışında beynəlxalq güclərin Lozanna müqaviləsini ədalətsiz qərar adlandırmışdı.


Вернуться назад