Главная > Mədəniyyət > Təranə aşıq yarışmasının aparıcısı oldu

Təranə aşıq yarışmasının aparıcısı oldu


29-09-2016, 15:41.
Prodüser Təranə Səmədova yenidən aparıcılıq etməyə başlayıb. 

Musavat.com xəbər verir ki, prodüser "Dünya”  televiziyasında yayımlanan "Köklə sazı-3” aşıq müsabiqəsinin ilk buraxılışında efirə çıxıb: "Təklif layihənin rəhbəri aşıq  Namiq Fərhadoğlundan gəldi. Mən də aparıcılığa qarşı simpatiyam olduğu üçün qəbul etdim. İlk efir günüm yağışlı havaya düşdü. Dünən  yağan dəhşətli yağışla güclə  proqrama çatdım. Hazırlaşmağa belə vaxtım olmadı. Ən sadə halımla  tamaşaçı qarşısına çıxdım.  Yağış bərəkətdir. İşimizin uğurlu olacağına inanıram”.

Xatırladaq ki, prodüser "Space” televiziyasında yayımlanan "Hələ bu harasıdır” proqramına aparıcılıq edib. 

Qeyd edək ki, "Köklə sazı 1”-in qalibi İlkin Məmmədov və "Köklə sazı 2”-nin qalibi isə Aytac Bərdəli olub. 

Вернуться назад