Главная > Siyasət > REAL: Dövlətimizin gələcəyi üçün ciddi təhlükə yaranı
REAL: Dövlətimizin gələcəyi üçün ciddi təhlükə yaranı27-09-2016, 16:01. |
"Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar toplumun razılığını ifadə edə bilməz” REAL Hərəkatı 26 sentyabr Referendumu ilə bağlı bəyanat yayıb. Cumhuriyyet.org saytının yaydığı bəyanatda deyilir: Konstitusiya – təməl toplum anlaşmasıdır. Bu anlaşmada yer almalı olan qaydalar hakimiyyətin ehtiyaclarını deyil, cəmiyyətin maraqlarını ifadə etməlidir. Səsvermə günü baş vermiş ciddi pozuntular, seçicilərin əksəriyyətinin səsverməyə gəlməməsi ölkəmizdə belə bir anlaşmanın bu dəfə də baş tutmadığını aydın göstərdi. Toplumun azad seçiminə arxalanmayan yazılı qaydalar toplumun razılığını ifadə edə bilməz. Belə qaydaların yazıdan o yana keçə bilmədiyini aydın göstərən tarixi örnəklər çoxdur. Hər dəfə də vəziyyətin gərginləşməsinə görə məsuliyyət məhz hakimiyyətin üzərində olur. Respublikaçı Alternativ olaraq bildiririk ki, konstitusiyaya edilmiş son dəyişikliklər ölkəmizdə vətəndaşla dövlət arasında olan məsafəni daha da böyütdü, hakimiyyətin məsuliyyətsizliyini artırdı, xalqın hakmiyyətdə təmsilçiliyinə əlavə əngəllər yaratdı, insan haqlarıyla bağlı durumu çətinləşdirdi. Bu dəyişikliklər dövlətimizi respublikaçılıqdan uzaqlaşdırır. Respublikaçı Alternativ olaraq, cümhuriyyət dəyərləri uğrunda işlərimizi gücləndirməyi və genişləndirməyi bütün tərəfdarlarımıza və təəssübkeşlərimizə bəyan edirik”. Вернуться назад |