Главная > Mövqe > ABŞ-da prezidentliyə namizədlərin ilk teledebatları keçiriləcək

ABŞ-da prezidentliyə namizədlərin ilk teledebatları keçiriləcək


26-09-2016, 03:17.
Sentyabrın 26-da Nyu York ştatının Hofstra Universitetində Donald Tramp və  Hillari Klinton arasında ilk teledebatlar  keçiriləcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 21:00-da başlayan debatların moderatoru qismində NBC telekanalının aparıcısı Lester Holt çıxış edəcək.
 
Hazırda ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı cəmi 2 faiz qabaqlayır.
 
ABC  telekanalı və "Washington Post” qəzetinin birgə keçirdikləri  son sorğuya əsasən, Klinton seçicilərin səsinin 46 faizini, Tramp isə 44 faizini toplaya bilər.
 
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.


Вернуться назад