Главная > Maraqlı > İŞİD-dən “Barselona”, “Real” və “Milan”a qadağa-80 şallaq zərbəsi

İŞİD-dən “Barselona”, “Real” və “Milan”a qadağa-80 şallaq zərbəsi


25-09-2016, 16:01.
İŞİD terror təşkilatı dünyanın bir çox adlı-sanlı klublarına və yığmalarına qadağa tətbiq edib.

İŞİD nəzarətində olan ərazilərdə bu komandaların formasında gəzməyi qadağan edib. Terror təşkilatı bununla bağlı siyahı da tərtib edib. Siyahıda "Barselona", "Real", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Milan" kimi klublar, Almaniya yığması da var.

Terror təşkilatı hesab edir ki, futbola sevgi islama ziddir və bütpərəstliyin əlaməti hesab edilir. Terrorçular bəyan ediblər ki, qaydanı pozan hər bir şəxsə 80 şallaq zərbəsi vurulacaq.

Onu da qeyd edək ki, İŞİD-in siyahısında olan klubların demək olar ki, hamısı "Adidas" və "Nike" ilə əməkdaşlıq edirlər.//publika


 
Uluyol.info

Вернуться назад