Главная > Aktual > Türkiyə ordusu 320 PKK terrorçusunu məhv etdi - Rəsmi

Türkiyə ordusu 320 PKK terrorçusunu məhv etdi - Rəsmi


26-09-2016, 00:29.
Türkiyənin Yüksəkova rayonu Kelyani Təpə bölgəsində axşam saatlarında həyata keçirilən hava hücumu nəticəsində  terror təşkilatı PKK-nın  3 nümayəndəsi zərərsizləşdirilib. Hakkari bölgəsində isə  isə bu ana qədər cəmi 320 terrorçu məhv edilib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin baş qərərgahından yayılan yazılı açıqlamada bildirilir.
 
Məlumata görə  dünən  Türkiyə vaxtı ilə saat 19:08-19:20  radələrində  Kelyani Təpə ərazisində, Hava Qüvvələrinə məxsus təyyarələrlə  hava hücumu həyata keçirilib. Bölgədəki bir silah mövqeyi və yaşayış sahəsi kimi istifadə edilən bir mağaranın məhv edildiyi hücumda, ilkin təsbitlərə görə  3 terrorçu məhv edilib.
 
Baş qərərgah əməliyyatların davam etdiyi, Hakkaridə isə  bu ana qədər  ümumilikdə 320 terrorçunun məhv edildiyini bildirib.

Вернуться назад