Главная > Müsahibə > Sahib Kərimlinin AXCP-dən çıxarılması təşəbbüsü baş tutmadı

Sahib Kərimlinin AXCP-dən çıxarılması təşəbbüsü baş tutmadı


25-09-2016, 21:43.
Bu gün AXCP-nin Şəki şəhər təşkilatı keçmiş siyasi məhbus və AXCP Rəyasət Heyətinin sabiq üzvü Sahib Kərimlinin partiyadan çıxarılması məsələsini müzakirəyə qoyub. "Basta” əməkdaşının Sahib Kərimlidən aldığı məlumata görə, onun partiyadan çıxarılması təklifi iclasda yetərincə səs yığmadığına görə gündəliyə salınmayıb.

 
Bundan öncə Sahib Kərimli mətbuatda "Sentyabrın 18-də Müsavatın mitinqi olacağı bəlli idi, bundan bir gün əvvələ mitinq təyin etmək nə dərəcədə doğrudur” sualını verdiyinə görə Milli Şuradan çıxarılıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı Sahib Kərimlinin partiyadan da çıxarılacağını bildirmişdi. "Hər halda, bu barədə qərar partiyanın Şəki rayon şöbəsində veriləcək”, – Gözəl Bayramlı APA-ya açıqlamasında deyib. Lakin AXCP Şəki təşkilatı partiya rəhbərliyinin arzusunu yerinə yetirməyib.

Sahib Kərimli AXCP rəhbərliyini tolerant olmağa çağırıb.

 
"Bu gün AXCP Şəki rayon şöbəsinin Məclisi toplandı, məlum müzakirələr oldu… Məsələnin gündəliyə salınması tərəfdarı olan dostlarla, rayon şöbəsini bu məsələyə qatılmasının tərəfdarı olmayan dostlar bərabər sayda idilər. İradlarını dinlədiyim dostlara söz verdim ki, sağlam tənqidlə, qərəzli gözdənsalmanın arasındakı məsafəni tamamilə uzaqlaşdıracam.Partiya rəhbərliyindən də xahiş edirəm ki, Şəki cəbhəçiləri kimi demokrat və tolerant olsunlar”,- Sahib Kərimli özünün feysbuk səhifəsində yazıb.
 
"İradlar ola bilər, haqlı və ya haqsız. Dinləmək isə, olduqca vacibdir. Milli Şura rəhbərliyi dinləmədən qərar verir, dinləmək demokrat mədəniyyətidir. Partiyadan çıxarılmamı israrla istəyən rəhbərlik belə qənaətə gəlsə, Rəyasət Heyətində dinlədikdən sonra qərar versin”, – Sahib Kərimli əlavə edib.

Вернуться назад